“Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətlərinin uçuşlarında və ya proqram əməkdaşları tərəfindən iştirakçının hesabına səyahət balları əlavə olunur. Səyahət balları aviabiletin əsas tarifinin (əsas tarif – vergi və əlavə yığımlar istisna olmaqla aviabiletin dəyəridir) hər avrosuna (€) görə əlavə olunur.
Səyahət balları “Azərbaycan Hava Yolları” QSC-nin müntəzəm uçuşlarında mükafatlandırıcı aviabiletlərə dəyişdirilə bilər.