- Kampaniya hansı istiqamətlərə aiddir?
Cavab: Salam, hörmətli izləyici. Müraciətiniz üçün təşəkkür edirik. Kampaniya Bakı-İstanbul-Bakı və İstanbul-Bakı-İstanbul istiqamətlərində uçuşlara şamil olunur.
- Sual: Kampaniyada təklif olunan uçuşlar İstanbulun hansı hava limanına həyata keçiriləcək?
Cavab: Salam, hörmətli izləyici. Müraciətiniz üçün təşəkkür edirik. Kampaniyada təklif olunan uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportundan İstanbulun yeni hava limanına həyata keçiriləcək.
- Sual: Kampaniya nə zaman başlayacaq?
Cavab: Salam, hörmətli izləyici. Müraciətiniz üçün təşəkkür edirik. Kampaniya 1-29 fevral tarixlərində davam edəcək. Qeyd edək ki, endirimli aviabiletləri əldə edərək 1-29 fevral aralığında İstanbula səyahət edə bilərsiniz.
- Sual: Kampaniya nə vaxta qədər davam edəcək?
Cavab: Salam, hörmətli izləyici. Müraciətiniz üçün təşəkkür edirik. Kampaniya 29 fevral tarixinə qədər aktiv olacaq.
- Sual: Kampaniyada aviabiletlər neçəyə olacaq?
Cavab: Salam, hörmətli izləyici. Müraciətiniz üçün təşəkkür edirik. Kampaniya çərçivəsində Bakı-İstanbul istiqamətində aviabiletlər cəmi 135 avro, Bakı-İstanbul-Bakı istiqamətində aviabiletlər isə 195 avro təşkil edəcək. İstanbul-Bakı istiqaməti üzrə aviabiletlər cəmi 157 ABŞ dolları, İstanbul-Bakı-İstanbul istiqamətində aviabiletlər isə 199 ABŞ dolları olacaq.
- Sual: Endirimli biletlər niyə belə tez bitdi?
Cavab: Salam, hörmətli izləyici. Müraciətiniz üçün təşəkkür edirik. Nəzərinizə çatdıraq ki, kampaniyadan yararlanmaq istəyən müştərilərin sayı olduqca çoxdur. Endirimli biletlər məhdud sayda olduğu üçün və yüksək tələbat səbəbindən aşağı qiymətə təklif olunan aviabiletlər qısa müddət ərzində tükəndi. Növbəti kampaniyalardan xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
- Sual: Aviabiletin qiyməti niyə aksiyada göstəriləndən bahadır?
Cavab: Salam, hörmətli izləyici. Müraciətiniz üçün təşəkkür edirik. Aşağı qiymətlərlə təklif olunan biletlər məhdud sayda olduğu üçün və yüksək tələbat səbəbindən qısa zamanda satıldı. Biletlər yenidən aviaşirkətin standart tarifləri ilə təklif olunur.
- Sual: Endirimli biletlərə nə daxildir? Baqaj və qidalanma var?
Cavab: Salam, hörmətli izləyici. Müraciətiniz üçün təşəkkür edirik. Kampaniya çərçivəsində ekonom və biznes klass üzrə istənilən tarifə uyğun aviabilet əldə etdiyiniz zaman sizə 23 kq-lıq baqaj hədiyyə olunacaq. Qeyd edək ki, endirimli biletlərə aviaşirkət tərəfindən göstərilən bütün xidmətlər, eləcə də qidalanma daxildir.
- Sual: Tətbiq niyə işləmir?
Cavab: Salam, hörmətli izləyici. Müraciətiniz üçün təşəkkür edirik. Yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik. Endirimli qiymətə bilet almaq istəyən istifadəçilərin çoxluğu səbəbindən tətbiq həddən artıq yüklənmişdir. Texniki çətinliklər ən qısa zamanda aradan qaldırılacaq. Bir müddət sonra yenidən cəhd etməyinizi xahiş edirik. Anlayışınız üçün təşəkkür edirik.
- Sual: Tətbiq işləmir. Necə bilet ala bilərəm?
Cavab: Salam, hörmətli izləyici. Müraciətiniz üçün təşəkkür edirik. Yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik. Endirimli qiymətə bilet almaq istəyən istifadəçilərin çoxluğu səbəbindən tətbiq həddən artıq yüklənmişdir. Tətbiq üzərindən bilet almaqda çətinlik yaranırsa, veb saytımız (https://www.azal.az/az/index.html) üzərindən cəhd edə bilərsiniz.
- Sual: Başqa haradan endirimli aviabilet əldə edə bilərəm?
Cavab: Salam, hörmətli izləyici. Müraciətiniz üçün təşəkkür edirik. Kampaniya çərçivəsində təklif olunan endirimli aviabiletləri AZAL-ın yenilənmiş mobil tətbiqi və veb saytı ilə yanaşı, Azərbaycan Hava Yollarının kassalarından və akkreditasiyadan keçmiş turizm agentliklərindən əldə edə bilərsiniz.
- Sual: “Azərbaycan Hava Yolları” aviabiletlərin qiymətini niyə avro ilə göstərir?
Cavab: Salam, hörmətli izləyici. Müraciətiniz üçün təşəkkür edirik. Aviabiletlər üçün qiymətlərin valyutası region, əsas uçuş istiqamətləri və müştərilərin seçimi kimi müxtəlif amillər əsasında təyin olunur. Bu səbəblərdən və beynəlxalq standartları nəzərə alaraq, AZAL-ın aviabiletlərinin qiyməti avro ilə göstərilir.
- Sual: Bakıdan aviabiletlər, məsələn, Kutaisi (və ya digər şəhər) ilə müqayisədə niyə bahadır?
Cavab: Salam, hörmətli izləyici. Müraciətiniz üçün təşəkkür edirik. AZAL aviaşirkətinin baza hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportu geniş marşrut şəbəkəsinə malikdir, bu da sərnişinlərə müxtəlif istiqamətlərə çıxış üçün daha çox imkanlar yaradır. Bunu və aviabiletlərə artan tələbatı nəzərə alaraq, qiymətlər kiçik hava limanlarından həyata keçirilən uçuşlarla müqayisədə daha yüksək ola bilər.
- Sual: Turizm şirkətləri niyə kampaniya çərçivəsində aviabiletlər əldə edə bilmədi?
Cavab: Salam, hörmətli izləyici. Müraciətiniz üçün təşəkkür edirik. AZAL bu kampaniyanı vətəndaşlar üçün səyahətləri daha əlçatan etmək məqsədilə həyata keçirib. Endirimli qiymətlərlə aviabiletlərin satışı ictimaiyyət üçün nəzərdə tutulub.
- Sual: Endirimli bilet almaq istəyirdim. Məlumatlarımı daxil etdim, ödəniş edə bilmədim, xəta çıxdı.
Cavab: Salam, hörmətli izləyici. Müraciətiniz üçün təşəkkür edirik. Seçdiyiniz istiqamət üzrə eyni anda endirimli bilet almaq istəyən müştərilərin sayı çox olduğu üçün həmin istiqamətdə biletlər bitmiş ola bilər.