1. Sual: Aksiya hansı istiqamətlərə aiddir?
Cavab: Salam, hörmətli müştəri. Müraciətiniz üçün təşəkkür edirik. Aksiya London, Praqa, Vyana, Berlin və Tivat şəhərlərinə olan uçuşlara şamil olunur.
2.Sual: Aksiya çərçivəsində biletləri nə zaman almaq olar?
Cavab: Salam, hörmətli müştəri. Müraciətiniz üçün təşəkkür edirik. Aksiya çərçivəsində biletləri 19 mart 2024-cü il tarixində əldə etmək olar.
3. Sual: Aksiya nə vaxta qədər davam edəcək?
Cavab: Salam, hörmətli müştəri. Müraciətiniz üçün təşəkkür edirik. Aksiya yalnız 19 mart tarixində aktiv olacaq.
4. Sual: Aksiya çərçivəsində satılan biletlərlə hansı tarixlərdə səyahət etmək olar?
Cavab: Salam, hörmətli müştəri. Müraciətiniz üçün təşəkkür edirik. Aksiya yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin 1 aprel-5 iyun 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur.
5. Sual: Aksiyada aviabiletlər neçəyə olacaq?
Cavab: Salam, hörmətli müştəri. Müraciətiniz üçün təşəkkür edirik. Londona (Hitrou və Qetvik hava limanları) səyahət edənlər üçün aviabiletlərin qiyməti bir tərəfə 179 avro, hər iki istiqamətdə 298 avrodan başlayan qiymətlərlə təklif olunur. Praqa, Vyana, Berlin və Tivat şəhərlərinə bir tərəfə 159 avro, gediş-dönüş aviabiletlərini isə 248 avrodan başlayan qiymətlərlə əldə etmək olar.
6. Sual: Aksiyada aviabiletlərin qiymətinə hava limanı rüsumları daxildir?
Cavab: Salam, hörmətli müştəri. Müraciətiniz üçün təşəkkür edirik. Aksiya çərçivəsində təklif olunan aviabiletlərin qiymətinə hava limanı rüsumları daxildir.
7. Sual: Endirimli biletlər niyə belə tez bitdi?
Cavab: Salam, hörmətli müştəri. Müraciətiniz üçün təşəkkür edirik. Nəzərinizə çatdıraq ki, kampaniyadan yararlanmaq istəyən müştərilərin sayı olduqca çoxdur. Endirimli biletlər məhdud sayda olduğu üçün və yüksək tələbat səbəbindən aşağı qiymətə təklif olunan aviabiletlər qısa müddət ərzində tükəndi. Növbəti kampaniyalardan xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
8. Sual: Aviabiletin qiyməti niyə aksiyada göstəriləndən bahadır?
Cavab: Salam, hörmətli müştəri. Müraciətiniz üçün təşəkkür edirik. Aşağı qiymətlərlə təklif olunan biletlər məhdud sayda olduğu üçün və yüksək tələbat səbəbindən qısa zamanda satıldı. Biletlər yenidən aviaşirkətin standart tarifləri ilə təklif olunur.
9. Sual: Endirimli biletlərə nə daxildir? Baqaj və qidalanma var?
Cavab: Salam, hörmətli müştəri Müraciətiniz üçün təşəkkür edirik. Aksiya çərçivəsində təqdim edilən aviabiletlərə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir. Qeyd edək ki, endirimli biletlərə aviaşirkət tərəfindən göstərilən bütün xidmətlər, eləcə də qidalanma daxildir.
10. Sual: Tətbiq niyə işləmir?
Cavab: Salam, hörmətli müştəri. Müraciətiniz üçün təşəkkür edirik. Yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik. Endirimli qiymətə bilet almaq istəyən istifadəçilərin çoxluğu səbəbindən tətbiq həddən artıq yüklənmişdir. Texniki çətinliklər ən qısa zamanda aradan qaldırılacaq. Bir müddət sonra yenidən cəhd etməyinizi xahiş edirik. Anlayışınız üçün təşəkkür edirik.
11. Sual: Tətbiq işləmir. Necə bilet ala bilərəm?
Cavab: Salam, hörmətli müştəri. Müraciətiniz üçün təşəkkür edirik. Yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik. Endirimli qiymətə bilet almaq istəyən istifadəçilərin çoxluğu səbəbindən tətbiq həddən artıq yüklənmişdir. Tətbiq üzərindən bilet almaqda çətinlik yaranırsa, veb saytımız (https://www.azal.az/az/index.html) üzərindən cəhd edə bilərsiniz.
12. Sual: Başqa haradan endirimli aviabilet əldə edə bilərəm?
Cavab: Salam, hörmətli müştəri. Müraciətiniz üçün təşəkkür edirik. Aksiya çərçivəsində təklif olunan endirimli aviabiletləri AZAL-ın yenilənmiş mobil tətbiqi və veb saytı ilə yanaşı, Azərbaycan Hava Yollarının kassalarından və akkreditasiyadan keçmiş turizm agentliklərindən əldə edə bilərsiniz.
13. Sual: Azərbaycan Hava Yolları aviabiletlərin qiymətini niyə avro ilə göstərir?
Cavab: Salam, hörmətli müştəri. Müraciətiniz üçün təşəkkür edirik. Aviabiletlər üçün qiymətlərin valyutası region, əsas uçuş istiqamətləri və müştərilərin seçimi kimi müxtəlif amillər əsasında təyin olunur. Bu səbəblərdən və beynəlxalq standartları nəzərə alaraq, AZAL-ın aviabiletlərinin qiyməti avro ilə göstərilir.
14. Sual: Bakıdan aviabiletlər, məsələn, Kutaisi (və ya digər şəhər) ilə müqayisədə niyə bahadır?
Cavab: Salam, hörmətli müştəri. Müraciətiniz üçün təşəkkür edirik. AZAL-ın baza hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportu geniş marşrut şəbəkəsinə malikdir, bu da sərnişinlərə müxtəlif istiqamətlərə çıxış üçün daha çox imkanlar yaradır. Bunu və aviabiletlərə artan tələbatı nəzərə alaraq, qiymətlər kiçik hava limanlarından həyata keçirilən uçuşlarla müqayisədə daha yüksək ola bilər.
15. Sual: Turizm şirkətləri niyə aksiya çərçivəsində aviabiletlər əldə edə bilmədi?
Cavab: Salam, hörmətli müştəri. Müraciətiniz üçün təşəkkür edirik. AZAL bu aksiyanı vətəndaşlar üçün səyahətləri daha əlçatan etmək məqsədilə həyata keçirib. Endirimli qiymətlərlə aviabiletlərin satışı ictimaiyyət üçün nəzərdə tutulub.
16. Sual: Endirimli bilet almaq istəyirdim. Məlumatlarımı daxil etdim, ödəniş edə bilmədim, xəta çıxdı.
Cavab: Salam, hörmətli müştəri. Müraciətiniz üçün təşəkkür edirik. Seçdiyiniz istiqamət üzrə eyni anda endirimli bilet almaq istəyən müştərilərin sayı çox olduğu üçün həmin istiqamətdə biletlər bitmiş ola bilər.