“Azərbaycan Hava Yolları” QSC
|
|
Sənədin Nömrəsi: | AHY-SP-QAY-001 |
Sənədin Növü/Adı: | 10 mart – 25 oktyabr 2020-ci il tarixləri arasında yerinə yetirilməli olan, lakin təxirə salınmış müntəzəm uçuşlarına rəsmiləşdirilən aviabiletlərin dəyişdirilməsi və qaytarılması Qaydaları |
Sənədin Təftişi: | TƏF |
- “Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkəti və “Buta Airways” Sərnişin Aviaşirkətinin yalnız 10 mart – 25 oktyabr 2020-ci il tarixləri arasında yerinə yetirilməli olan, lakin təxirə salınmış müntəzəm uçuşlarına (bundan sonra – uçuşlar/reyslər) rəsmiləşdirilən aviabiletlər (bundan sonra - aviabiletlər) üçün OW (bir istiqamətdə) rəsmiləşdirilən aviabiletlər, tam istifadə olunmamış RT (gediş/dönüş) rəsmiləşdirilən aviabiletlər və qismən istifadə olunmuş aviabiletlər 25 oktyabr 2024-cü il tarixindən gec olmayaraq istənilən tarixə dəyişdirilə bilər (qismən istifadə olunmuş aviabiletlər yalnız istifadə olunmamış seqmentə münasibətdə dəyişdirilir).
1.1 Hər bir aviabilet cərimə tətbiq olunmadan 1 dəfə dəyişdirilə bilər (Rebooking).
- 2 Aviabiletdə bütün növbəti dəyişikliklər yeni rəsmiləşdirilən aviabiletdə əks olunan tarif qaydalarına uyğun olaraq yerinə yetirilməlidir.
- 3. Aviabiletlər bu Qaydalarla müəyyən edilmiş müddət çərçivəsində ilkin biletlə eyni istiqamətdə (eyni şəhərə) “Azərbaycan Hava Yolları” QSC–nin həyata keçirdiyi reyslərə əlavə ödəniş etmədən dəyişdirilə bilər. Marşrutun dəyişdirilməsi (rerouting) yeni marşrut/istiqamət üzrə tətbiq edilən tariflər və yığımlar/rüsumlar arasında olan fərqin sərnişin tərəfindən ödənilməsi şərtilə həyata keçirilir.
Marşrutun dəyişdirilməsi (rerouting) zamanı ilkin aviabiletin dəyəri ilə yeni rəsmiləşdirilmiş aviabiletin dəyəri arasında müsbət fərq yaranıbsa, bu halda qalıq məbləğ üçün vauçer rəsmiləşdirilməlidir.
- 4. Açıq tarixlə (Open date) rəsmiləşdirilən aviabiletlərin istifadə müddəti 25 oktyabr 2024-cü il tarixinə qədər istifadə edilə bilər.
- 5. İNF (infant – 0 – 2 yaşında körpələr üçün) və CHD (Child – 2 yaşından 12 yaşınadək uşaqlar üçün) rəsmiləşdirilən aviabiletlərin dəyişdirilməsi zamanı, sərnişin həmin yaş statusunu itirdiyi halda, aviabiletlər cari tariflə arasındakı fərq sərnişin tərəfindən ödənilməklə müvafiq olaraq Child və Adult (“Uşaq” və “Böyük”) statusuna dəyişilməlidir.
- 6. Bütün əməliyyatlar zamanı ilkin aviabiletin xidmət sinfi saxlanılır.
- 7. Baqaj daşınmasını nəzərdə tutmayan aviabiletlər, eyni istiqamətdə baqajsız aviabiletlər olduğu halda, müvafiq olaraq cari tətbiq olunan baqajsız aviabiletlərlə dəyişdirilməlidir. Eyni istiqamətdə baqajsız aviabiletlər olmadığı halda aviabiletin baqajlıya dəyişdirilməsinə yol verilir.
- 8. Aviabiletlərin əvəzinə rəsmiləşdirilmiş vauçer ilə müraciət edildiyi zaman, “Azərbaycan Hava Yolları” QSC-nin yerinə yetiriləcək reyslərinə orijinal bilet maskasına uyğun yeni biletin və əlavə xidmətlərin rəsmiləşdirilməsinə icazə verilir.
- 9. 6001-6999 saylı “CodeShare” reyslərinə rəsmiləşdirilmiş aviabiletlərə münasibətdə dəyişdirilmə tətbiq edilmir. Həmin biletlər yalnız qaytarıla bilər.
2. Əvvəlcədən rəsmiləşdirilmiş vauçer gələcəkdə yeni aviadaşımanın və əlavə xidmətlərin (normadan artıq baqaj, qida, təyyarədə daha rahat yerlərin təxsis edilməsi) ödənilməsi üçün istifadə oluna bilər.
2.1 Vauçer sərnişinin adına verilir və üçüncü şəxslərə verilə/ötürülə bilməz.
2.2 Vauçer 25 oktyabr 2024-cü il tarixinədək etibarlıdır.
2.3 Vauçer tam və ya qismən istifadə oluna bilər. Əgər vauçer qismən istifadə olunubsa, bu halda qalıq məbləğ üçün əlavə vauçer rəsmiləşdirilməlidir. Onun qüvvədə olma müddəti bu Qaydaların 2.2-ci bəndinə uyğun olaraq təyin olunur.
2.4. Vauçer əsasında aviabiletlərin yalnız “Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkətinə məxsus olan reyslər üçün rəsmiləşdirilməsinə icazə verilir.
2.5 Həm vauçer, həm də vauçer əsasında rəsmiləşdirilmiş yeni aviabiletlər sonuncu aviabiletin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan tarifin tətbiqi qaydalarına uyğun olaraq qaytarılır.
2.6. Həm Vauçerin, həm də vauçer əsasında aviabiletlərin və ya əlavə xidmətlərin rəsmiləşdirilməsi yalnız “Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkətinin satış ofislərində və rəsmi nümayəndəliklərində mümkündür.
3. Uçuşlara rəsmiləşdirilən aviabiletlər, vauçerlər və EMD-lər (əlavə xidmətin ödənildiyini təsdiq edən qəbz) 25 oktyabr 2024-cü il tarixinədək geri qaytarıla bilər. Qaytarılma prosedurunun icrası “Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkətinin satış ofislərində və rəsmi nümayəndəliklərində mümkündür.