Xidmət sinfinin yüksəldilməsi aşağıdakı yollarla edilə bilər:
• Əlavə mil xərcləyərək; və ya
• İldə iki dəfə Elite status üzvlərinə verilən pulsuz yüksəltmə imtiyazından istifadə edərək.
Bu imtiyaz yalnız Elite status dövründə keçərlidir. Yüksəltmə tələbləri gedişdən ən erkən 48 saat və ən gec 3 saat əvvəl təqdim edilməlidir.
Zəhmət olmasa diqqət edin:
• Gediş və dönüş uçuşları üçün ayrıca yüksəltmə kuponları tələb olunur;
• Hər kupon yalnız bir istiqamət üçün keçərlidir;
• Bu imtiyaz Büdcə tarifli biletlərə və mükafat biletlərinə tətbiq edilmir.
İmtiyazdan istifadə etmək üçün tələblər azalmiles@azal.az ünvanına göndərilməlidir.