"AZAL" aviaşirkətinin qaydalarına əsasən, sərnişin “gediş” aviabiletindən istifadə edə bilməyəcəyi barədə aviaşirkətə əvvəlcədən məlumat verdiyi halda dönüş aviabiletindən istifadə etmək hüququ sərnişində saxlanıla bilər. Sərnişin aviaşirkəti xəbərdar etmədən reysin birinci hissəsinə gəlmədiyi təqdirdə («NO SHOW») aviaşirkət sərnişinin əks istiqamət üzrə reysə buraxılacağına zəmanət vermir.